Əsas məzmuna keç

“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik uduzdu

“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik uduzdu
— Foto: idman.biz

Mozambik millisi 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində ilk məğlubiyyətini alıb. Efiopiya Maputuda keçirilən oyunda 1:0 hesabı ilə qalib gəlib.

en ru

Mozambik millisi 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsinin üçüncü turunda Efiopiyanı qəbul edib. Maputudakı “Zimpeto” Milli Stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə Mozambik yığmasının seçmə mərhələdə ilk məğlubiyyəti olub. “”ın müdafiəçisi Bruno Lanqa start heyətində meydana çıxıb və oyunu əvəzlənmədən keçirib.

“Zirə”nin yarımmüdafiəçisi Rikardo Martins Quima milli komandaya dəvət alsa da, qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Mozambik üç oyundan sonra dörd xalla J qrupunda ikinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu noyabrın 17-də Efiopiyaya qarşı keçirəcək. Bu dəfə qarşılaşma səfərdə olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…