Mozambik millisi 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununu keçirib.
“Zimpeto” Milli Stadionunda baş tutan qarşılaşmada meydan sahibləri Sudana 4:1 hesabı ilə qalib gəlib.
Mozambik yığması 24-cü dəqiqədə Vitenis Çimuyo Joao Kimponun qolu ilə hesabı açıb. Şamito Loborino Alfandeqa 46 və 62-ci dəqiqələrdə fərqlənərək dubl edib. “Zirə”nin futbolçusu Rikardo Martins Qimaraeş isə 58-ci dəqiqədə komandasının daha bir qolunu vurub. O, görüş ərzində məhsuldar ötürmə də verib.
Sudanın yeganə qoluna 88-ci dəqiqədə Yassin Hamed penaltidən imza atıb.
Mozambik ilk turda Seneqalla 1:1 hesablı heç-heçə edib. İki turdan sonra komanda dörd xalla J qrupunda liderdir. Sudan isə üç xalla üçüncü pillədə qərarlaşıb.