Əsas məzmuna keç

“Zirə”nin futbolçuları milli komandalarında məhsuldar çıxış ediblər

“Zirə”nin futbolçuları milli komandalarında məhsuldar çıxış ediblər
— Foto: idman.biz

Rikardo Gimaraeş Mozambik millisinin, Anje Mutsinzi isə Ruanda yığmasının qələbəsinə töhfə verib.

en ru

“” klubunun futbolçuları milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər.

Mozambik millisində çıxış edən Rikardo Gimaraeş Sudan yığmasına qarşı matçda bir qol vurub və bir məhsuldar ötürmə edib. Mozambik seçməsi rəqibini 4:1 hesabı ilə məğlub edib.

Ruanda millisinin formasını geyinən Anje Mutsinzi isə səfərdə Kabo Verde yığmasına qarşı oynayıb. “Zirə”nin müdafiəçisi komandasının 2:1 hesablı qələbəsinə bir məhsuldar ötürmə ilə töhfə verib.

Qeyd edək ki, “Zirə” çempionatında altı turdan sonra 10 xalla beşinci pillədə qərarlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…