Əsas məzmuna keç

Lyayen Qrenlandiyaya maliyyə ayrıldığını açıqlayacaq

Lyayen Qrenlandiyaya maliyyə ayrıldığını açıqlayacaq

Ursula fon der Lyayen Nuuk səfərində 200 milyon avroluq yardımı elan edəcək. Aİ-nin enerji və xammal üçün ayırdığı bu vəsait tərəfdaşlığa necə təsir edəcək?

en ru

Avropa Komissiyasının sədri Ursula fon der Qrenlandiyaya maliyyə ayrıldığını açıqlayacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, AK sədri sentyabrın 6-da, bazar günü Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfəri zamanı Qrenlandiyaya 2026-2027-ci illər üçün 200 milyon avro həcmində maliyyə ayrıldığını açıqlayacaq.

Mənbələrdən birinin sözlərinə görə, kritik xammal materiallarına, bərpa olunan mənbələrinə, sualtı kabellərə, peyk rabitəsinə və məlumat mərkəzlərinə investisiya yatırılması üçün istifadə olunacaq.

Vəsaitin bir hissəsi isə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Qrenlandiya hökumətinə ayrılacaq.

Avropa Komissiyasının sədri, həmçinin Avropa İttifaqı ilə Qrenlandiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bəyannamə imzalayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…