Əsas məzmuna keç

La Liqanın bombardirlərindən biri karyerasını Türkiyədə davam etdirə bilər

La Liqanın bombardirlərindən biri karyerasını Türkiyədə davam etdirə bilər

İspaniyanın "Mallorca" klubunun hücumçusu Vedat Muriqi "Fənərbaxça" ilə razılığa gəlib.

ru en

İspaniyanın "" klubunun şərəfini qoruyan karyerasında yeni səhifə açmağa hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" Yağız Sabunçuoğluna istinadən xəbər verir ki, 32 yaşlı futbolçu artıq İstanbulun "" klubu ilə ilkin razılığa gəlib.

Tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib və əməkdaşlığın şərtləri razılaşdırılıb.

Mənbənin bildirdiyinə görə, bu transferin "Fənərbaxça" üçün təxminən 15 milyon avroya başa gələcəyi gözlənilir.

Vedat Muriqi geridə qalan mövsümdə "Mallorca"nın heyətində 37 qarşılaşmada meydana çıxıb. Hücumçu bu oyunlarda 23 dəfə rəqib qapılarına yol tapıb (onlardan 5-i penalti zərbəsi ilə) və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, o, La Liqanın bombardirlər siyahısında yalnız Kilian Mbappedən geri qalaraq ikinci pillədə qərarlaşıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…