Əsas məzmuna keç

Ronald Arauxo "Barselona"dan ayrıla bilər: Kataloniyalılar əvəzedici axtarışındadır

Ronald Arauxo "Barselona"dan ayrıla bilər: Kataloniyalılar əvəzedici axtarışındadır

Uruqvaylı müdafiəçinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Klub rəhbərliyi ayrılıq ehtimalına qarşı artıq planlar qurur.

en ru

İspaniya mətbuatında “”nın mərkəz müdafiəçisi Arauxonun komandadan ayrıla biləcəyi ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kataloniya klubunda heyət dəyişiklikləri və müdafiə xəttində artan rəqabət uruqvaylı futbolçunun gələcəyi ilə bağlı suallar yaradıb.

Bildirilib ki, “Barselona” rəhbərliyi Pau Kubarsi, Jerar Martin və Erik Qarsiyanı heyətin əsas üzvləri kimi qiymətləndirir. Andreas Kristensenin yeni müqavilə imzalaması isə müdafiə xəttində seçim imkanlarını daha da artırıb.

Məlumata görə, bu vəziyyət Ronald Arauxonun daha az oyun vaxtı alması ehtimalını yüksəldir. Futbolçunun isə ehtiyatda qalmaq variantına isti yanaşmadığı qeyd olunur.

“Mundo Deportivo”nun yaydığı məlumata əsasən, 27 yaşlı müdafiəçi komandadan ayrılmaq qərarına gəlsə, “Barselona” onun yerinə yeni mərkəz müdafiəçisi transfer etməyə çalışacaq.

Qeyd edək ki, Ronald Arauxonun klubla hazırkı müqaviləsi 2031-ci ilin ortalarına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…