Əsas məzmuna keç

"Barselona" Mark Kasado üçün tələb etdiyi transfer məbləğini açıqlayıb

"Barselona" Mark Kasado üçün tələb etdiyi transfer məbləğini açıqlayıb

Kataloniya təmsilçisi 22 yaşlı yarımmüdafiəçini yay transfer pəncərəsində satışa çıxarmağa hazırlaşır.

en ru

İspaniyanın "" klubu heyətində dəyişikliklər etməyi planlaşdırır. Komandanın Hans-Diter Flikin planlarına daxil olmayan 22 yaşlı yarımmüdafiəçi Kasadonun yay pəncərəsində komandanı tərk etməsi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, "Barselona" rəhbərliyi gənc oyunçunun transferi üçün ən azı 20 milyon avro tələb edir.

Nüfuzlu "Transfermarkt" portalı da futbolçunun bazar dəyərini məhz bu məbləğlə qiymətləndirir.

Kataloniya klubunun yetirməsi olan Kasado ilə maraqlanan komandalar arasında Madridin "Atletiko" klubu və Səudiyyə Ərəbistanının "Əl-Hilal" təmsilçisi yer alır. Oyunçunun klubla hazırkı müqaviləsinin müddəti daha iki il qüvvədədir.

Ötən mövsüm ərzində Mark Kasado "Barselona"nın heyətində ümumilikdə 34 rəsmi matçda meydana çıxıb. İspaniyalı futbolçu bu görüşlərdə bir məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…