Əsas məzmuna keç

Joze Mourinyo "Real Madrid"də yeni "Modriç" axtarışındadır

Joze Mourinyo "Real Madrid"də yeni "Modriç" axtarışındadır

Portuqaliyalı mütəxəssis heyəti gücləndirmək üçün rəhbərlikdən iki yeni oyunçu tələb edib.

en ru

Madridin “Real” klubunun komandanın heyətini gücləndirmək üçün yeni transferlər tələb edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İspaniyanın “MARCA” nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı klub rəhbərliyinə iki mövqe üzrə oyunçu transfer edilməsinin vacibliyini çatdırıb.

Məlumata görə, müdafiə xəttini gücləndirmək məqsədilə yeni mərkəz müdafiəçisinin heyətə cəlb olunmasını istəyir.

Bununla yanaşı, baş məşqçi meydanın mərkəzində oyun quruculuğu funksiyasını yerinə yetirə biləcək, oyun üslubu baxımından Luka Modriçə bənzər yarımmüdafiəçinin transferində maraqlıdır.

Qeyd olunub ki, Joze Mourinyo bu yay “”in baş məşqçisi vəzifəsinə təyin olunub və bu postda Alvaro Arbeloanı əvəz edib.

Məlumata əsasən, “kral klubu” ötən mövsümü titulsuz başa vurub. Madrid təmsilçisi İspaniya çempionatında ikinci yeri tutaraq çempion “Barselona”dan iki xal geri qalıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…