Əsas məzmuna keç

İranla 2 həftəlik atəşkəs: Qrossidən sərt xəbərdarlıq

İranla 2 həftəlik atəşkəs: Qrossidən sərt xəbərdarlıq

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Tehranın nüvə proqramı və Vaşinqtonla sülh prosesindəki mühüm detalları açıqladı. Trampın qərarı nədir?

en ru

BAEA rəhbəri İranla razılaşmalara agentliyin daxil edilməsini vacib sayır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Qrossi İranın proqramına nəzarətin təmin olunması üçün istənilən sülh razılaşmasına agentliyin əvvəldən daxil edilməsinin vacibliyini vurğulayıb.

“Əks təqdirdə, razılaşma illüziyasına düşəcəksiniz”, – deyə o qeyd edib.

Məlumata görə, Qrossi Tehran və Vaşinqton arasında müharibəyə son qoymaq səylərini “mürəkkəb proses” kimi qiymətləndirib və bu prosesin uğurlu olması üçün davamlılığın təmin edilməsinin vacib olduğunu bildirib.

“Düşünürəm ki, sülhə şans vermək çox vacibdir”, – deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Pakistanın xahişi ilə 8 apreldə razılaşdırılan və 22 apreldə başa çatmalı olan İranla iki atəşkəsin müddətinin uzadıldığını açıqlayıb. Onun sözlərinə görə, İrana qarşı hücumlar ölkə rəhbərliyi və nümayəndələri vahid təkliflə çıxış edənədək dayandırılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…