Əsas məzmuna keç

Finlandiya da nüvə çəkindirmə təşəbbüsünə qoşulur

Finlandiya da nüvə çəkindirmə təşəbbüsünə qoşulur

Prezident Aleksandr Stubbun rəhbərlik etdiyi ölkə Fransanın müdafiə strategiyasına daxil olur. Avropanın təhlükəsizliyi üçün atılan bu addım nələri dəyişəcək?

en ru

Finlandiya Fransanın çəkindirmə təşəbbüsünə qoşulmaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə sentyabrın 14-də Finlandiya və birgə açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Finlandiya nüvə çəkindirmə prinsipinə qoşulmaq qərarına gəlib.

Qeyd olunub ki, bu qərar hər iki ölkənin beynəlxalq öhdəliklərinə uyğundur və həm Avropanın təhlükəsizliyinin, həm də ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır.

"Bu, nüvə həddinə çatmadan eskalasiyanı nəzarətdə saxlamağa imkan verəcək", - açıqlamada vurğulanıb.

Əməkdaşlığın həyata keçirilməsinə başlamaq üçün yaxın aylarda rəhbər qrupun yaradılması planlaşdırılır.

Finlandiya Prezidenti Aleksandr Stubb sosial şəbəkələrdə bildirib ki, təşəbbüs ilk növbədə Avropanın təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.

"Təşəbbüs Avropanın öz müdafiəsinə görə məsuliyyətini artırır və eskalasiyanın qarşısını almağa kömək edir. Finlandiya dövründə öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil", - Stubb qeyd edib.

Fransanın irəli sürdüyü təşəbbüsə ilkin olaraq Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, Niderland, Polşa və İsveç olmaqla səkkiz ölkə qoşulmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…