Əsas məzmuna keç

İpoteka kreditləri üzrə limitlər bazara uyğun dəyişəcək

İpoteka kreditləri üzrə limitlər bazara uyğun dəyişəcək

Mərkəzi Bankın yeni tənzimləmələri mənzil bazarında hansı dəyişikliklərə yol açacaq? İpoteka şərtləri və sosial evlərin maliyyələşdirilməsində gözlənilən yeniliklər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda ipoteka kreditləri üzrə maksimal məbləğin artırılması bazardakı tendensiyalardan asılı olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İpoteka və Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.

"Hazırda ipoteka kreditləri üzrə əsas məqsədimiz orta və aşağı gəlirli ailələrin, vətəndaşlarımızın bu mexanizmə əlçatanlığını təmin etməkdir. Bu səbəbdən Fond ipoteka kreditinin məbləğini 150 səviyyəsində saxlayır. Bildiyiniz kimi, bankların da daha yüksək məbləğlər üzrə daxili ipoteka proqramları mövcuddur. Lakin Fondun əsas məqsədi cəlb etdiyi resurslar və dövlət büdcəsindən ayrılan vəsait hesabına mümkün qədər çox vətəndaşın təminatı problemini həll etməkdir. Biz bu istiqamətdə bazardakı tendensiyaları daim izləyir və diqqətdə saxlayırıq", - deyə o qeyd edib.

Fond rəsmisi əlavə edib ki, əgər zərurət yaranarsa, kreditin maksimum məbləğinin artırılması məsələsinə baxıla bilər: "Ancaq nəzərə almaq lazımdır ki, 150 min manat kredit götürülməsi uzunmüddətli perspektivdə kifayət qədər ciddi maliyyə öhdəliyidir. Hazırda proqramdan faydalanan vətəndaşların orta aylıq gəliri 2 100–2 200 manat, ailə üzvlərinin orta sayı isə 3–3,5 nəfərdir. Belə olan halda vətəndaşların faydalana biləcəyi maksimal məbləğ hələlik 150 min manatdır. Gələcəkdə kredit məbləğlərinin artması tendensiyası davam edərsə və orta göstəricilər maksimum həddə yaxınlaşarsa, kredit limitinin artırılması məsələsinə baxılacaq. Digər mühüm amil odur ki, kredit məbləğinin artırılması ilə bağlı hətta açıqlamanın özü belə bazarda ciddi ajiotaj yarada və daşınmaz əmlak qiymətlərinin sürətlə artmasına səbəb ola bilər. Buna görə bu məsələyə çox ehtiyatla yanaşırıq və yalnız real zərurət yarandığı halda müvafiq addımların atılmasını məqsədəuyğun hesab edirik".

Kalkulyator

Güzəştli, adi və ya bank ipotekası: aylıq ödənişi, ilkin ödənişi və lazım olan gəliri hesablayın.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…