Əsas məzmuna keç

İndoneziyada vulkan püskürdü, 1500-dən çox uçuş ləğv edildi

İndoneziyada vulkan püskürdü, 1500-dən çox uçuş ləğv edildi

Anak Krakatau vulkanik külü Java və Sumatra səmalarını bürüdü. Nazir Dudi Purvaqandhi 170 min sərnişinin qaldığı hava limanlarında vəziyyəti açıqladı.

en ru

İndoneziyada Anak Krakatau adasındakı püskürüb və yaranan kül buludu ölkənin müxtəlif bölgələrinə yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə səbəbindən ölkə üzrə 1500-dən çox uçuş ləğv edilib.

Qeyd olunub ki, vulkanın dünən baş verən püskürməsinin təsirləri hələ də davam edir.

İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin açıqlamasına əsasən, vulkanik kül Java bölgəsində 6 min metr, Sumatra bölgəsində isə 15 min metr hündürlüyə qədər yüksəlib.

Püskürmədən sonra yerli və beynəlxalq olmaqla ümumilikdə 1558 uçuş ləğv edilib. Bundan əlavə, 8 hava limanında 170 mindən çox sərnişin uçuşların dayandırılması səbəbindən qalıb.

İndoneziyanın naziri Dudi Purvaqandhi vulkanik külün Qərbi Yava istiqamətində yayıldığının müəyyənləşdirilməsindən sonra bəzi hava limanlarının müvəqqəti bağlanmasına qərar verildiyini bildirib.

Hakimiyyət orqanları vulkanik kül buludunun hərəkətini və aviasiyaya yaratdığı təhlükəni izləməyə davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…