Əsas məzmuna keç

Dukono vulkanı: 4 km radiusda hərəkət qadağan edildi

Dukono vulkanı: 4 km radiusda hərəkət qadağan edildi

Halmahera adasında vulkanik aktivlik: İndoneziyada kraterdən qalxan toz dumanı təhlükə saçır. Sakit okean hövzəsindəki son vəziyyət və tələfat barədə ətraflı linkdə.

en ru

İndoneziyanın Halmahera adasında vulkanının püskürməsi qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Asiya respublikasının Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.

Məlumata görə, kül vulkanın kraterindən təxminən 3400 metr hündürlüyə qalxaraq dəniz səviyyəsindən 4487 metr yüksəkliyə çatıb. Ağ və boz külün şimal-qərb istiqamətində yayıldığı bildirilir.

Vulkanologiya mərkəzi yerli sakinləri və turistləri kraterdən 4 kilometr radiusda uzaq durmağa və tənəffüs yollarını qorumaq üçün maskalardan istifadə etməyə çağırıb.

Qeyd edək ki, mayın 8-də Dukono vulkanının püskürməsi nəticəsində azı iki nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

İndoneziya okean və Avstraliya tektonik plitələrinin qovşağında yerləşdiyi üçün yüksək seysmik zonası hesab olunur. Ölkədə 500-dən çox vulkan mövcuddur ki, onların təxminən 130-u aktivdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…