“Sabah” və “Barselona” komandaları arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib.
Liqa mərhələsinin V turunun qarşılaşmasını Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FIFA referisi Nikolas Uolş olacaq.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.