“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik Bruno Fernandeşin komandanın kapitanı olaraq qalıb-qalmayacağı ilə bağlı suala cavab verib. O, futbolçunun komandadakı rolunda dəyişiklik olmayacağını bildirib.
Fernandeş daha əvvəl Çempionlar Liqası matçındakı məğlubiyyətdən sonra Kerrikin və məşqçilər heyətinin taktiki qərarlarını açıq şəkildə tənqid etmişdi.
“O, bu komanda üçün vacib oyunçudur. Belə olub və belə də qalacaq. Vəziyyəti dəyişmək və hər şeyi düzgün istiqamətə yönəltmək üçün birlikdə çalışmalıyıq. O, bu futbol klubuna tam sadiqdir və hər şeyi yaxşılaşdırmağa çalışır. Buna görə heç nə dəyişmir”, – Kerrik bildirib.
Baş məşqçi əlavə edib ki, Fernandeş uzun müddətdir və çoxsaylı oyunlarda komandaya yaxşı rəhbərlik edib və bunu davam etdirəcək. Kerrikin sözlərini BBC yayıb.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 9-cu turunda oktyabrın 31-də “Çelsi” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.