Əsas məzmuna keç

IMF qlobal tənəzzül riski barədə xəbərdarlıq etdi

IMF qlobal tənəzzül riski barədə xəbərdarlıq etdi

Beynəlxalq Valyuta Fondu Yaxın Şərqdəki münaqişənin neft qiymətini 125 dollara qaldıracağını və iqtisadi geriləmə yaradacağını anons etdi. Şok proqnozun detalları burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

(IMF) Yaxın Şərqdəki münaqişələrin kəskinləşməsi və neft bazarındakı davamlı böhran səbəbindən dünya iqtisadiyyatının tənəzzül həddinə çatacağı barədə xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu qlobal iqtisadi risklər barədə məlumatı "Al-Jazeera" telekanalı yayıb.

Neft Qiymətləri və İqtisadi Artım Üçün 3 Ssenari

IMF analitiklərinə görə, ən pis ssenaridə bazarında təkrarlanan şoklar qlobal iqtisadi artımı cari 3,1 %-dən 2 %-ə qədər yavaşlada bilər. Bu kritik halda neftin bir barelinin orta qiymətinin 2026-cı ildə 110 dolları, 2027-ci ildə isə 125 ABŞ dolları təşkil edəcəyi ehtimal olunur.

Ən əlverişli ssenaridə isə münaqişənin qısamüddətli olacağı proqnozlaşdırılır. Bu halda 2026-cı ilin II yarısında neft qiymətlərinin normallaşacağı və ilin yekunları üzrə bir barel neftin orta qiymətinin təxminən 82 ABŞ dolları olacağı gözlənilir.

Aralıq ssenari münaqişənin daha uzunmüddətli olacağını nəzərdə tutur. Bu ehtimal reallaşarsa, neftin bir barelinin qiyməti təxminən 100 ABŞ dolları səviyyəsində qalacaq və 2027-ci ildə 75 ABŞ dollarına qədər azalacaq. Qlobal iqtisadi artım isə 2025-ci ildəki 3,4 %-dən bu il 2,5 %-ə qədər yavaşlayacaq.

Ekspert Rəyi: Hansı Ssenari Daha İnandırıcıdır?

Telekanal IMF-nin baş iqtisadçısı Pyer-Olivye Qurinşə istinadən bildirir ki, enerji təchizatında fasilələrin davam etməsi qlobal bazarlar üçün ciddi yaradır. Münaqişənin başa çatması üçün aydın yolun olmaması şəraitində məhz aralıq və ya əlverişsiz ssenarinin baş verməsi ehtimalı daha yüksək qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…