Əsas məzmuna keç

İlham Əliyev: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan-Ermənistan etimadı üçün mühüm amildir

İlham Əliyev: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan-Ermənistan etimadı üçün mühüm amildir

Prezident İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin sülh prosesi və Bakı ilə İrəvan arasında etimad mühitinin qurulması üçün vacibliyini vurğulayıb.

en ru

Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaradıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikir İlham Əliyevin "İtkin düşmüş şəxslər üzrə Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə ilə arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi:

"Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…