Əsas məzmuna keç

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı ŞİKAYƏT

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı ŞİKAYƏT

Məktəbəhazırlıq keçməyən şagirdlər üçün dərsliklərdəki çətinliklər valideynləri narahat edir. Ekspert Sevinc Pürkeştasib təhsil sistemindəki boşluqları şərh edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birinci sinifdə alan uşaqların dərs yükü və dərsliklərin çətinliyi bəzi valideynlərin narazılığına səbəb olub. Xüsusilə qruplarında iştirak etməyən və hərfləri tam tanımayan uşaqların dərsliklərdəki tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, valideynlərdən biri sinif qrupunda yazdığı mesajda uşaqların birinci sinifə başlayarkən artıq oxumağı və yazmağı bacarmasının gözlənildiyini bildirib.

“Uşaqlar birinci sinfə gedir, çoxusu oxuya bilmir. Valideyn onunla birgə dərs oxumalıdır? Mən məktəbi 1991-ci ildə qurtarmışam. Riyaziyyatın üzünü açmadı, bütün əsəb edib məni. Dünən oturub misalları edirdim. Onu heç böyük adam edə bilməz. Yazmağı da bilmir, bütün əsəb olmuşam”, – deyə valideyn qeyd edib.

“Kitab çətindir”

Valideynlərin sözlərinə görə, xüsusilə məktəbəhazırlıq qrupuna getməyən uşaqlar birinci sinifdə dərslərə uyğunlaşmaqda çətinlik çəkirlər.

Valideynlərdən bəziləri övladlarının məktəbəhazırlıq qrupuna adının yazıldığını, lakin faktiki olaraq həmin təlimdə iştirak etmədiyini bildiriblər.

Onların sözlərinə görə, belə uşaqların bir qismi məktəbə başlayanda hərfləri belə tam tanımır.

Valideynlərdən biri dərslikləri “çətin” kimi qiymətləndirib və övladının oxuma prosesində çətinlik çəkdiyini bildirib.

Ekspert: “Sinifdə uşaqlar arasında böyük fərq yaranır”

Təhsil eksperti Pürkeştasib də birinci siniflərdə dərsliklərin və tədris prosesinin bəzi valideynlər üçün narahatlıq yaratdığını deyir.

Onun sözlərinə görə, siniflərdə məktəbəhazırlıq keçmiş və hərfləri tanıyan uşaqlarla bu hazırlıqdan keçməyən uşaqlar arasında ciddi fərq yaranır.

“Şagird var ki, artıq bütün hərfləri tanıyır, sərbəst şəkildə oxumağı bacarır. Yəqin ki, onun valideyni məlumatlıdır və övladı məktəbəhazırlıq prosesindən keçib. Bəzi valideynlər isə düşünür ki, övladım birdən-birə birinci sinfə gedəcək və bütün proseslər də orada həyata keçiriləcək. Ancaq sinifdə artıq həmin şagirdlər arasında böyük fərq yaranır”, – bildirib.

Sevinc Pürkeştasinin fikrincə, siniflərdə şagird sayının çox olması da müəllimin fərdi yanaşma imkanlarını məhdudlaşdıra bilər.

Ekspert hesab edir ki, ya məktəbəhazırlıq təhsili icbari sistemə keçirilməli, ya da birinci sinif dərslikləri daha sadə formada hazırlanmalıdır.

“Uşaqlarda məktəbə qarşı aqressiya yarana bilər”

Ekspertin sözlərinə görə, məktəbəhazırlıq keçməyən və hərfləri tanımayan uşaqlardan mürəkkəb sözləri oxumaq tələb edilməsi onların məktəbə uyğunlaşmasına mənfi təsir göstərə bilər.

O bildirir ki, bəzi hallarda uşaqlar dərsə getmək istəmir, ağlayır və dərs prosesinə qarşı narazılıq nümayiş etdirirlər.

Psixoloji yanaşma baxımından da bu məsələnin diqqətdə saxlanılmasının vacib olduğunu deyən ekspert bəzi uşaqlarda stress, qorxu və özünəinam problemlərinin yarana biləcəyini qeyd edib.

Onun sözlərinə görə, uşağın yaşına və hazırlıq səviyyəsinə uyğun olmayan dərs yükü təhsili mənimsəmək əvəzinə, ondan uzaqlaşmaya səbəb ola bilər.

Təhsil İnstitutu: “Dərslik məktəbəqədər təlimin davamıdır”

Məsələ ilə bağlı Təhsil İnstitutundan bildirilib ki, birinci sinif dili dərsliyi məktəbəqədər təlimin məntiqi davamı kimi hazırlanıb.

İnstitutun açıqlamasına görə, məktəbəhazırlıq qruplarında iştirak etməyən uşaqların da təlimdən kənarda qalmaması üçün tədris prosesi fərdiləşdirilmiş yanaşma əsasında qurulur.

Qeyd olunub ki, dərsliyin ilk bölməsindəki söz və mətnlər hərfləri hələ tanımayan şagirdlərin müstəqil şəkildə oxuması üçün nəzərdə tutulmayıb.

Bu materialların müəllimin bələdçiliyi ilə şifahi nitqin, lüğət ehtiyatının və dinləmə bacarıqlarının inkişafına xidmət etdiyi bildirilib.

Təhsil İnstitutu qeyd edib ki, tədrisin təxminən ilk üç ayı ərzində əlifba təlimi bütün şagirdlər üçün tamamlanır.

Beləliklə, birinci sinif dərsliklərinin uşaqlar üçün çətin olub-olmaması ilə bağlı müzakirələr davam edir. Valideynlər dərsliklərin uşaqların hazırlıq səviyyəsinə uyğunlaşdırılmasını istəyərkən, Təhsil İnstitutu tədris prosesinin mərhələli və fərdiləşdirilmiş yanaşma əsasında qurulduğunu bildirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…