Əsas məzmuna keç

Dərslərin başlama saatı dəyişdirilə bilər? - AÇIQLAMA

Dərslərin başlama saatı dəyişdirilə bilər? - AÇIQLAMA

Təhsil eksperti Elçin Əfəndi və deputat Ceyhun Məmmədov Bakı və Abşeronda dərs qrafikinin 09:00-a keçirilməsinin tədris rejiminə təsirlərini qiymətləndirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Hazırda məktəblərdə dərslərin başlama və bitmə saatları növbəli sistemindən asılı olaraq dəyişir. Xüsusilə Bakı, və əhalinin sıx olduğu ərazilərdə bəzi məktəblərdə dərslər iki, hətta üç növbədə təşkil olunur. Bəs dərslərin səhər saat 08:00-da deyil, 09:00-da başlaması şagirdlər və valideynlər üçün nə dərəcədə əlverişli olar?

"Operativ Məlumat Mərkəzi-OMM" İTV-yə istinadən xəbər verir ki, valideynlərin bir qismi hesab edir ki, dərslərin saat 09:00-da başlaması uşaqların yuxudan tam ayılmasına, səhər yeməyi yeməsinə və məktəbə daha rahat hazırlaşmasına imkan verər.

Digərləri isə dərslər gec başlayarsa, daha gec bitəcəyini və bunun gündəlik rejimə təsir edəcəyini düşünür. Şagirdlər arasında da dərs saatları ilə bağlı fərqli fikirlər var.

Xüsusilə paytaxtda dərs saatlarının dəyişdirilməsi sıxlığına da təsir edə bilər. eksperti Elçin Əfəndinin fikrincə, problemin həlli üçün məktəblərin infrastrukturunun genişləndirilməsi və yeni təhsil müəssisələrinin tikilməsi vacibdir.

Ekspert xəbərdarlıq edir ki, dərslər saat 09:00-da başlasa, növbəti növbələrdə təhsil alan şagirdlərin dərsləri axşam saat 20:00-21:00-a qədər uzana bilər. Bu isə təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun da dərs saatlarının dəyişdirilməsini mümkün variant kimi qiymətləndirir. Deputatın fikrincə, qərar qəbul edilməzdən əvvəl təşəbbüsün nəticələri ətraflı təhlil olunmalı, təhsil müəssisələrinin şəraiti və digər amillər nəzərə alınmalıdır.

Xarici təcrübədə isə dərslərin təşkili müxtəlif modellər əsasında həyata keçirilir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, başqa ölkələrin təcrübəsi Azərbaycanda olduğu kimi tətbiq edilməməli, yerli şəraitə uyğunlaşdırılmalıdır.

Əsas məqsəd növbəli tədris sisteminin yaratdığı çətinlikləri azaltmaq, dərslərin həddindən artıq gec saatlara qədər uzanmasının qarşısını almaq və şagirdlər üçün daha əlverişli tədris rejimi formalaşdırmaqdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…