Əsas məzmuna keç

Hörmüz boğazında MQ-1 tipli PUA vuruldu

Hörmüz boğazında MQ-1 tipli PUA vuruldu

İran İslam İnqilabı Keşikçiləri Korpusu PUA-nın ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğunu açıqlayıb. ABŞ ordusu hadisə ilə bağlı hələlik açıqlama verməyib.

en ru

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, Hürmüz boğazında, Sirik şəhəri sahillərində ABŞ-yə məxsus “MQ-1” tipli pilotsuz uçuş aparatı (PUA) vurulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, PUA-nın İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək zərərsizləşdirildiyi bildirilir.

hərbi rəsmiləri hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, ABŞ-də 1990-cı illərdə istehsal olunan “MQ-1” tipli PUA-lar ilk dövrlərdə kəşfiyyat, müşahidə və uzaq məsafədən görüntüləmə məqsədilə layihələndirilib. Daha sonra bu aparatlara müasir kamera sistemləri və raket silahları inteqrasiya olunaraq döyüş tapşırıqlarına uyğunlaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…