Əsas məzmuna keç

Əriyən buzlaqların altından Birinci Dünya müharibəsinə aid 250 sursat çıxarılıb

Əriyən buzlaqların altından Birinci Dünya müharibəsinə aid 250 sursat çıxarılıb

İtaliyanın Trentino-Alto Adice bölgəsində buzlaqların əriməsi nəticəsində Birinci Dünya müharibəsindən qalan partlamamış sursatlar üzə çıxıb. Təmizləmə işləri yay aylarında aparılıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İtaliyanın Trentino-Alto Adice bölgəsində buzlaqların sürətlə əriməsi nəticəsində Birinci Dünya müharibəsindən qalma 250-yə yaxın partlamamış hərbi sursat aşkarlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Top və minaatan mərmiləri, eləcə də digər partlayıcılar təbiətşünaslar, alpinistlər və dağlıq ərazilərdə gəzintiyə çıxan şəxslər tərəfindən müəyyən edilib. İtaliya ordusunun "Julia" Alp briqadasının məlumatına görə, yay mövsümündə ilk sursat iyunda Caldonazzo yaxınlığında təsadüfən tapılıb. Sürücünün əl əyləcini çəkməyi unutması səbəbindən dərəyə yuvarlanan avtomobili çıxaran yanğınsöndürənlər ağacın dibində 90 millimetrlik minaatan mərmisi aşkarlayıblar.

1915–1918-ci illərdə İtaliya və Avstriya-Macarıstan orduları arasında gedən "Ağ Müharibə"dən qalan bu sursatlar 100 ildən artıq müddətdə qar və buz təbəqəsinin altında gizli qalıb. "Julia" Alp briqadasının mütəxəssisləri tərəfindən avqustun əvvəlində başladılan təmizləmə əməliyyatları oktyabrın 16-da başa çatıb.

Əməliyyatlar çətin relyefdə və yüksək dağlıq şəraitdə aparılıb. Məsələn, Cima del Frate zirvəsi yaxınlığında 75 millimetrlik top mərmilərindən ibarət yığının təhlükəsiz şəkildə çıxarılması üçün məşhur alpinist marşrutu müvəqqəti olaraq bağlanıb.

Yerli qurumların bildirdiyinə görə, 2025-ci ilin qışında qarın az yağması və 2026-cı ilin yayında müşahidə olunan həddindən artıq isti hava Trentino bölgəsində Care Alto və Lares buzlaqlarının əriməsini kəskin sürətləndirib.

Ordu rəsmiləri xəbərdarlıq edirlər ki, hər il həm Birinci, həm də İkinci Dünya müharibəsindən qalan yeni sursatlar üzə çıxır. Ərazidəki turistlərə və yerli sakinlərinə şübhəli əşyalara toxunmamaq, dərhal koordinatları və fotoşəkilləri aidiyyəti qurumlara təqdim etmək tapşırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…