Hesablama Palatasının sədri SIGMA proqramının eksperti ilə görüşüb

Hesablama Palatasının sədri SIGMA proqramının eksperti ilə görüşüb
08.02.2024 15:36
Aa
dəq

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov SIGMA proqramının dövlət maliyyəsi və audit üzrə eksperti Alastair Svarbrik ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Palataya istinadən xəbər verir.

Görüşdə ekspert Palatanın fəaliyyətinin əsaslarını tənzimləyən Qanun, "2021-2025-ci illər üzrə Strateji Plan” və dövlət satınalmaları sahəsində auditə dair metodiki sənəd haqqında şərhlərini səsləndirib. O, qeyd edib ki, Qanun əksər aspektlərdə INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsinin (IFPP) tələblərinə uyğundur.

Daha sonra ekspert strateji idarəetmə çərçivəsinə toxunaraq Strateji Planın Hesablama Palatasının mövqeyinin (güclü, zəif tərəfləri və s.) geniş təhlilinə əsaslanan yaxşı sənəd olduğunu, yekun və aralıq nəticələrin məntiqi ardıcıl olduğunu qeyd edib, dövlət satınalmalarının auditinə dair metodiki sənədin INTOSAI GUID5280 tələbləri nəzərə alınmaqla auditlərin aparılmasına dair metodoloji sənədlərlə uzlaşmaqla hazırlandığını bildirib.

V.Gülməmmədov aidiyyəti məsələlər haqqında bəhs edib, ali audit orqanı olan Palatanın gördüyü işlərə dair eksperti məlumatlandırıb, bildirib ki, Palatanı beynəlxalq ali audit orqanları cəmiyyəti güclü strateji idarəetmə çərçivəsinə malik qurum kimi tanıyır. Məhz bu səbəbdən INTOSAI-ın tövsiyələrinə əsasən, digər ölkələrin ali audit orqanları bu işin qurulması və təkmilləşdirilməsi üçün ölkəmizin təcrübəsindən faydalanır. Sədr dövlət satınalmalarının auditinə dair metodiki sənəd barədə də danışıb, sənədin əsas məqsədinin satınalma sahəsində auditin bütün mərhələlərində vahid yanaşmanın və ümumi tələblərin müəyyən edilməsi, bu sahədə əməkdaşların peşəkarlığının artırılmasına şərait yaradılması olduğunu bildirib.

Görüşdə SIGMA eksperti yeni başlayacaq layihə çərçivəsində sahəvi istiqamətlərin müəyyən edilməsi və müzakirə olunan məsələlər üzrə dəstəyin göstərilməsində əməkdaşlıq əlaqələrinin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

 

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu