Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hesablama Palatası səhiyyə sektorunda nöqsanlar aşkarlayıb

3 dəq
Paylaş:
Hesablama Palatası səhiyyə sektorunda nöqsanlar aşkarlayıb

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri çərçivəsində səhiyyə sektorunda bir sıra ciddi maliyyə və idarəetmə nöqsanları aşkarlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə əsasən, aparılan yoxlamalar zamanı İcbari Fondunun (İTSF) gəlir və xərc göstəricilərinin bəzi hallarda düzgün əks etdirilmədiyi edilib. Belə ki, gəlirlərin icrası ilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dair xərclərin və öhdəliklərin düzgün tanınmaması Milli Məclisə təqdim edilən icrası hesabatlarında təhriflərə səbəb olub.

Auditin nəticələrinə görə, Tibbi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin maliyyələşmə mexanizmi də sığorta prinsiplərinə tam uyğun qurulmayıb. Mövcud sistemin əsasən saxlanma xərclərinə yönəldiyi qeyd olunur.

Eyni zamanda, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik göstəricilərlə uyğun gəlmədiyi, bəzi hallarda eyni kateqoriyadan olan şəxslərin bir neçə mənbə hesabına sığortalanmasının nəzərdə tutulduğu aşkarlanıb. Bu isə dövlət büdcəsinə əlavə maliyyə yükü yaradaraq İTSF-in qalıq vəsaitlərinin artmasına səbəb olub.

Hesabatda həmçinin qeyd edilir ki, idarəetmə xərcləri ilə bağlı hüquqi çərçivənin tam formalaşmaması, bu xərclərin yuxarı həddinin müəyyən edilməməsi və müxtəlif xərc istiqamətlərində parçalanaraq göstərilməsi inzibati xərclərin artımına gətirib çıxarıb. TƏBİB tərəfindən yaradılan hüquqi şəxslərin sayının çoxalması da bu tendensiyanı gücləndirib.

zamanı müəyyən edilib ki, adambaşına düşən icbari tibbi sığorta haqqının tərkibinə daxil edilən xərclər hər hansı hüquqi və ya metodoloji sənədlə əsaslandırılmayıb. Bununla yanaşı, sığorta haqqı, sığorta məbləği və tibbi xidmətlərin tariflərinin müəyyən edilməsi üzrə aydın və əsaslandırılmış mexanizmlər formalaşdırılmayıb ki, bu da tariflərlə xərclər arasında uyğunsuzluq riskləri yaradır.

Bundan başqa, dövlət proqramları çərçivəsində həyata keçirilən satınalmalarda ehtiyac və tələbat göstəricilərinin düzgün müəyyən edilmədiyi, bəzi hallarda alınmış tibbi məhsulların ehtiyac sahiblərinə çatdırılmadığı qeyd olunub. Bu isə səhiyyə xidmətlərinə əlçatanlığın məhdudlaşmasına səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax