Əsas məzmuna keç

Gürcüstan ABŞ-nin İrana qarşı aviasiya sanksiyalarına əməl edəcək

Gürcüstan ABŞ-nin İrana qarşı aviasiya sanksiyalarına əməl edəcək

Vaşinqtonun Tehranla bağlı məhdudiyyətləri fonunda Tbilisi Beynəlxalq Hava Limanında uçuşların taleyi sual altındadır. Qeshm və Varesh reysləri nə olacaq?

en ru

hakimiyyəti Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi və İran aviaşirkətlərinə şamil olunan beynəlxalq sanksiyalara əməl edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl ABŞ İranla bağlı sanksiya siyahısına 35 hüquqi şəxsi və bir Misir vətəndaşını daxil edib. Məhdudiyyətlər hava nəqliyyatı sektorunda fəaliyyət göstərən 35 aviaşirkət və digər şirkətə qarşı tətbiq olunub.

Tbilisi Beynəlxalq Hava Limanının məlumat tablosuna əsasən, İranın “Qeshm” və “Varesh” aviaşirkətləri hazırda İrandan Tbilisiyə müntəzəm reysləri davam etdirirlər.

Qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyinin açıqladığı genişləndirilmiş sanksiya siyahısına hazırda Gürcüstan və İran arasında hava daşımalarını həyata keçirən aviaşirkətlər də daxil edildiyindən, Gürcüstan tərəfi digər hallarda olduğu kimi, bundan sonra da beynəlxalq sanksiya rejiminə uyğun hərəkət edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…