İsrail və Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini gücləndirir
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat brifinqində səsləndirib.
Azərbaycan ötən il Ermənistana 788,8 min dollarlıq məhsul ixrac edib
Nazir bildirib ki, İsrail və Azərbaycan sülhdə maraqlı ölkələrdir və diplomatik münasibətlərin qurulmasından bəri əlaqələr bir çox sahədə əhəmiyyətli dərəcədə genişlənib və dərinləşib. O qeyd edib ki, üç il əvvəl Bakıda açılan İsrail səfirliyi strateji tərəfdaşlığı möhkəmləndirən mühüm addım olub.
G.Saar iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi niyyətini də vurğulayıb. Nazir qeyd edib ki, buna görə də İsrail Azərbaycana böyük nümayəndə heyəti ilə gəlib və heyətin tərkibində İsrailin İqtisadiyyat Nazirliyindən 40-dan çox şəxs yer alıb. O əlavə edib ki, ölkələr arasında turist axını artıq artıb və bu göstəricinin 2026-cı ildə daha da yüksələcəyi gözlənilir.
Nazir həmçinin Ceyhun Bayramovu İsrailə rəsmi səfərə dəvət edib:
“Sizi ölkəmizdə səbirsizliklə gözləyirəm. Birlikdə strateji tərəfdaşlığımızı yeni zirvələrə çatdıracağıq”, – deyə o bildirib.
Brifinqdə G.Saar ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İranın nüvə ambisiyalarının qarşısının alınması və Ermənistanla münasibətlərin normallaşdırılması prosesində əldə olunmuş irəliləyişlər barədə də danışıb. O, Azərbaycanı regionda sülhün təşviqində oynadığı rola görə təbrik edib və ölkənin bu sahədəki səylərini yüksək qiymətləndirib.