Əsas məzmuna keç

Ceyhun Bayramov ABŞ və İsrail ilə əlaqələri müzakirə etdi

Ceyhun Bayramov ABŞ və İsrail ilə əlaqələri müzakirə etdi

Ceyhun Bayramov Vaşinqton Zirvə Görüşü, Ermənistanla sülh prosesi və TRIPP marşrutu barədə mühüm detalları açıqladı. Strateji əlaqələrdə yeni mərhələ başlayır?

en ru

Fevralın 9-da Azərbaycanın naziri Amerikanın Əsas Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, görüşdə Azərbaycan-ABŞ və Azərbaycan-İsrail münasibətlərinin cari vəziyyəti, inkişaf perspektivləri, ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq, həmçinin regional vəziyyət müzakirə olunub.

Görüşdə, xüsusilə 8 avqust Görüşü kontekstində bölgədəki son proseslər, Azərbaycan-Ermənistan normallaşma prosesi, regional kommunikasiyalar və TRIPP marşrutunun reallaşdırılması səyləri, eləcə də postmünaqişə dövründə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.

Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə xristian, yəhudi və digər din mənsublarının qarşılıqlı anlaşma və mehriban qonşuluq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Qeyd olunub ki, ölkəmizdə əsrlər boyu və əmin-amanlıq içərisində yaşayan yəhudi icması Azərbaycan-İsrail tərəfdaşlığının inkişafına xüsusi töhfə verir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…