Əsas məzmuna keç

Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb

Nazir Aznifah İsnariah Binti Abdul Ghanini qəbul edib. Tərəflər enerji təhlükəsizliyi, İƏT və Bakıda keçiriləcək AQEM Zirvə Görüşü ilə bağlı nələri müzakirə etdi?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın naziri Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Ghani ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Malayziya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə səylərin artırılması imkanları nəzərdən keçirilib. Azərbaycanın tranzit-logistika imkanları və təhlükəsizliyində rolu müzakirə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və D-8 çərçivəsində və Malayziyanın bir-birini qarşılıqlı dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Bu kontekstdə, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin çoxtərəfli platformalarda qarşılıqlı dəstək və həmrəyliklə də müşayiət olunduğu qeyd edilib.

Söhbət zamanı cari ildə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Görüşünə hazırlıq məsələləri müzakirə edilib, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Görüşdə nazir Ceyhun Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.

Səfir səmimi qəbula görə təşəkkürünü ifadə edib, diplomatik fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…