Əsas məzmuna keç

Ceyhun Bayramov ABŞ nümayəndələri ilə görüşdü

Ceyhun Bayramov ABŞ nümayəndələri ilə görüşdü

Xarici işlər naziri Kuş Çoksi və 31 Amerika şirkəti ilə bir araya gəlib. Strateji Tərəfdaşlıq Xartiyası, investisiya və Orta Dəhliz layihəsinin detalları burada.

en ru

Azərbaycanın naziri , ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibində 31 şirkətin rəhbər şəxsləri və nümayəndələri yer alıb.

Görüş zamanı Azərbaycanla ABŞ arasında strateji əlaqələrinin təsis edilməsi istiqamətində atılan addımlar geniş müzakirə olunub. Tərəflər , ticarət, və logistika sahələrindəki mövcud vəziyyəti təhlil ediblər.

Xüsusilə TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə yatırımları və ABŞ-nin özəl sektoru ilə əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.

Ötən ilin 8 avqust tarixində keçirilən Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində aparılmış ikitərəfli təmaslar yüksək qiymətləndirilib. İmzalanacaq Xartiyanın münasibətlərə əlavə təkan verəcəyi xüsusi vurğulanıb.

Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində oynadığı mühüm rol və bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə həmçinin Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti, eləcə də yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…