Operativ Məlumat Mərkəzi

Azərbaycan və İsrail XİN rəhbərləri arasında geniştərkibli görüş keçirilib

2 dəq
Paylaş:
Azərbaycan və İsrail XİN rəhbərləri arasında geniştərkibli görüş keçirilib

Azərbaycanın naziri və İsrailin xarici işlər naziri Gideon Saar arasında geniştərkibli görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və sahələri daxil olmaqla bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Eyni zamanda, üçün yeni imkanların araşdırılmasında qarşılıqlı maraq ifadə olunub.

Nazirlər beynəlxalq və regional gündəlikdə duran aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə hər iki ölkənin regionlarında və ondan kənarda sülhə, inkişafa və rifaha töhfə verməsinin vacibliyi vurğulanıb.

Tərəflər Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi istiqamətində qətiyyətli olduqlarını bildiriblər.

Qeyd edək ki, 11:59-da Azərbaycan və İsrailin xarici işlər nazirləri arasında rəsmi görüşün başladığı açıqlanmışdı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax