Əsas məzmuna keç

Gəncədə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Gəncədə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

FHN-in Gəncə Regional Mərkəzi 1988-ci il təvəllüdlü Qoşqar Şirinovun Gəncə çayına yıxılaraq xəsarət aldığı hadisəyə çevik müdaxilə edib. Həmin şəxs necə xilas edildi?

en ru

Fövqəladə Hallar Nazirliyinin () “112” qaynar telefon xəttinə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Qoşqar Arif oğlu Şirinov ehtiyatsızlıqdan dərəsinə yıxılıb, bədən xəsarəti alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxararaq xilas ediblər və onu təcili tibbi yardım briqadasına təhvil veriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…