Əsas məzmuna keç

Əcnəbi mütəxəssislərə yaşamaq icazəsi verilməsi layihəsi qəbul edildi

Əcnəbi mütəxəssislərə yaşamaq icazəsi verilməsi layihəsi qəbul edildi

Milli Məclisdə təsdiqlənən dəyişikliyə əsasən, kənd təsərrüfatı sahəsində çalışan xarici mütəxəssislərin ölkəmizdə müvəqqəti məskunlaşması asanlaşdırılır.

en ru

əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə verilməsini ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, layihəyə əsasən, həmçinin iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi təklif olunur.

Belə ki, aqroparkın rezidentinin - hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi təklif edilir.

İcazələr 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək nəzərdə tutulacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…