Əsas məzmuna keç

Enerji effektivliyi haqqında qanuna vacib dəyişiklik edildi

Enerji effektivliyi haqqında qanuna vacib dəyişiklik edildi

Parlamentdə təsdiqlənən yeni qanun layihəsi elektrik və qaz istehlakına necə təsir edəcək? Enerji qənaəti və resursların səmərəli idarə olunması ilə bağlı detallar.

en ru

Azərbaycanda " resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi III oxunuşda təsdiq edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müvafiq qanun layihəsi sözügedən qanunun 4-1-ci maddəsində nəzərdə tutulan Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqinin və saxlanılmasının, altsistemlərinin yaradılmasının, habelə Qanunun 18-ci maddəsində nəzərdə tutulan müvafiq sahədə informasiya təminatı və maairfləndirmə tədbirlərinin həyata keçirilməsinin, həmçinin Enerji Effektivliyi Fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsinin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə hazırlanıb.

Bununla da qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan maliyyə Fondun vəsaiti hesabına təmin ediləcək.

Qanun layihəsi enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib.

"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" Nazirlər Kabinetinin 9 iyun 2026-cı il tarixli qərarı ilə təsdiqlənib, hazırda Enerji Effektivliyi İnformasiya Sistemi üzrə texniki və institusional işlər tamamlanaraq məlumatların toplanması və sistemə daxil edilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…