Əsas məzmuna keç

Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir

Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir

Milli Məclis Cinayət Məcəlləsinə yeni dəyişiklikləri müzakirə edir. Hüquqi şəxslərin məsuliyyəti sərtləşdirilir: terror aktlarının qarşısı necə alınacaq?

en ru

Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmləri gücləndirilir, hüquqi

şəxslərin bu sahədə məsuliyyəti dəqiqləşdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, və Cinayət-Prosessual Məcəllələrinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunur ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.

Qeyd olunur ki, terrorçuluğun maliyyələşməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…