Əsas məzmuna keç

Milli Məclis yeni Dövlət satınalmaları qanununu qəbul etdi

Milli Məclis yeni Dövlət satınalmaları qanununu qəbul etdi

Parlamentdə təsdiqlənən sənəd tender proseslərində şəffaflığı artıracaq. Yeni qaydalar sahibkarlar və dövlət qurumları üçün hansı dəyişiklikləri nəzərdə tutur?

en ru

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi son oxunuşda qəbul edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qanunla qeyri-rezident təchizatçıların icra və təminatı öhdəliklərindən azad edilməsi mexanizmi müəyyənləşir.

Dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər satınalma təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri üçün satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcəklər.

Həmçinin, satınalma komissiyası bir mənbədən satınalma metodu tətbiq edilərkən, qeyri-rezident şəxslər tərəfindən bu təminatların ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə (öz təşəbbüsü və ya daxil olan müraciət əsasında), satınalan təşkilat 10 iş günü müddətində müvafiq dövlət qurumuna müraciət edəcək.

Müvafiq qurum isə nəzarət orqanının təklifləri əsasında 20 iş günü müddətində xarici təchizatçının icra və (və ya) avans təminatından azad edilməsi yaxud bundan imtina olunması barədə yekun qərar verəcək. Azad edilmə barədə qərar qəbul edildiyi tarixdən sonrakı 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən həmin təchizatçıdan eyni predmet satın alınarsa, yeni qərarın alınması tələb olunmayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…