Əsas məzmuna keç

ÇL: Ən çox qol vuran belçikalı

ÇL: Ən çox qol vuran belçikalı

“İnter” UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Portu”nu məğlub edib (1:0). Matçda yeganə qolun müəllifi Romelu Lukaku olub. Bununla da,...

“İnter” UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Portu”nu məğlub edib (1:0). Matçda yeganə qolun müəllifi Romelu Lukaku olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, belçikalı hücumçu həmyerliləri arasında Çempionlar Liqasında vurduğu qolların sayına görə birinci olub. Onun aktivində 17 qol var.

29 yaşlı futbolçu “Napoli”nin keçmiş futbolçusu, hazırda “Qalatasaray”da çıxış edən Dris Mertensi qabaqlayıb (16 qol).

“Portu” – “İnter” cütünün cavab qarşılaşması martın 14-də Portuqaliyada keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…