Əsas məzmuna keç

Çində kiberdələduzluqla mübarizə üçün beynəlxalq alyans yaradıldı

Çində kiberdələduzluqla mübarizə üçün beynəlxalq alyans yaradıldı

Lianyungang şəhərində BMT və İnterpolun dəstəyi ilə qlobal cinayətkarlığa qarşı yeni platforma işə düşdü. Rusiya və Pakistanın da qatıldığı bu ittifaq nələri dəyişəcək?

en ru

Bu gün Çində transsərhəd telekommunikasiya və kiberdələduzluğa qarşı mübarizə üzrə beynəlxalq yaradılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildiriib ki, alyansın təsis konfransı Çinin şərqində yerləşən Lianyungang şəhərində keçirilib.

Tədbirdə 46 təsisçi ölkənin, 34 müşahidəçi ölkənin, və İnterpol da daxil olmaqla dörd beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

hökumətinin təşəbbüsü ilə yaradılan alyans müxtəlif ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edən hökumətlərarası təşkilatdır. Təşkilatın əsas məqsədi transsərhəd telekommunikasiya və kiberdələduzluq, eləcə də bununla əlaqəli cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

Konfransda Çinlə yanaşı, alyansın təsisçi ölkələri olan Vyetnam, Laos, Keniya, Kamboca, Pakistan və Rusiyanın nümayəndələri də çıxış ediblər.

Konfransın yekununda telekommunikasiya və kiberdələduzluğun beynəlxalq əməkdaşlığın gücləndirilməsini tələb edən qlobal problemə çevrildiyi nəzərə alınaraq, alyansın yaradılması ilə bağlı birgə bəyanat qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…