Əsas məzmuna keç

Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb

Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb

XİN rəhbəri Banqkokda mühüm danışıqlar apardı. UNESCAP sessiyası çərçivəsində ikitərəfli əlaqələr və yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Səfərin detalları burada.

en ru

Azərbaycanın naziri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Anutin Çarnvirakul ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər Azərbaycanın UNESCAP sədri kimi prioritetlərini, və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, regional məsələləri müzakirə ediblər.

" Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində (UNESCAP) cənab Anutin Çarnvirakul ilə görüşməkdən şərəf duyuram.

Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - C.Bayramov "X"dəki hesabında yazıb.

Qeyd edək ki, C.Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərində işgüzar səfərdədir. XİN başçısının 20 apreldə Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…