Əsas məzmuna keç

Azərbaycan və İordaniya viza rejimini ləğv etdi

Azərbaycan və İordaniya viza rejimini ləğv etdi

İki ölkə arasında imzalanan yeni sazişlə viza tələbi aradan qaldırıldı. Bəs, Azərbaycan vətəndaşlarını İordaniyaya səyahət zamanı hansı yeniliklər gözləyir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın naziri Ceyhun Bayramovla Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında geniştərkibli görüş keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan-İordaniya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Tərəflər ikitərəfli hüquqi bazanın genişləndirilməsinin, həmçinin əməkdaşlığın daha sistemli inkişafı üçün Azərbaycan–İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində nazirlər Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbindən qarşılıqlı azadolma haqqında Sazişi, eləcə də Azərbaycan Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.

Nazirlər həmçinin Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlığı nəzərdən keçirərək, qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Regional məsələlərə dair müzakirələr zamanı tərəflər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini nəzərdən keçiriblər. Nazirlər hazırkı böhranın yalnız siyasi və diplomatik vasitələrlə həll oluna biləcəyini vurğulayıblar, davam edən dialoq və danışıqlar prosesinə dəstəklərini ifadə ediblər.

həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi, o cümlədən ötən ilin avqustunda Vaşinqton Sammitində əldə olunmuş tarixi razılaşmalar və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.

Nazirlər həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir.

“Operativ Məlumat Mərkəzi-OMM” İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar.

Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…