Əsas məzmuna keç

Bu ölkədə də uşaqların sosial media istifadəsinə məhdudiyyət nəzərdə tutulur

Bu ölkədə də uşaqların sosial media istifadəsinə məhdudiyyət nəzərdə tutulur

Vyetnamda yeniyetmələr üçün tətbiq olunacaq yeni qaydalar nələri dəyişir? Valideyn nəzarəti və telefon nömrəsi ilə qeydiyyat tələbi müzakirələrə səbəb olub.

en ru

Vyetnam parlamentinə 16 yaşdan kiçik şəxslərin istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, layihəyə əsasən, 16 yaşdan kiçik şəxslər valideynlərinin icazəsi olmadan sosial şəbəkələrdə paylaşım edə, paylaşımlara rəy yaza və ya reaksiya bildirə bilməyəcəklər.

Qanun layihəsində sosial media hesablarının Vyetnamda qeydiyyatdan keçmiş telefon nömrəsi ilə təsdiqlənməsi də nəzərdə tutulur.

Eyni zamanda, uşaqların sosial şəbəkələrdəki fəaliyyətinə görə məsuliyyəti valideynlər və ya qanuni qəyyumlar daşıyacaq.

Bundan əlavə, sosial media şirkətlərindən uşaqlar üçün zərərli məzmunu izləmələri və onların bu cür məzmuna çıxışının qarşısını almaları tələb olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…