Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yeni Zelandiyada 16 yaşdan kiçiklər üçün sosial media qadağası təklif olunur

2 dəq
Paylaş:
Yeni Zelandiyada 16 yaşdan kiçiklər üçün sosial media qadağası təklif olunur

Yeni Zelandiyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi təklif olunur.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ölkənin bu barədə qanun layihəsinin hazırlanacağını açıqlayıb.

Təklif olunan qanuna əsasən, platformaları istifadəçilərin yaşını yoxlamaq üçün ağlabatan tədbirlər görməlidir. Bu məqsədlə mövcud hesab məlumatları, üz tanıma texnologiyaları və rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə nəzərdə tutulur.

Qaydaları pozan sosial media şirkətləri ciddi maliyyə sanksiyaları ilə üzləşə bilər. Belə ki, tələblərə əməl etməyən platformaların qlobal gəlirlərinin 10 faizinə qədər cərimələnməsi təklif olunur.

Lakson bildirib ki, bu addım uşaqların psixi sağlamlığını, təhsilini və ailə münasibətlərini qorumaq məqsədi daşıyır. sosial medianın gənc nəslə yaratdığı risklərə göz yummamağın vacib olduğunu vurğulayıb.

Lakin təşəbbüs hökumət koalisiyasında fikir ayrılığına səbəb olub. Baş nazirin koalisiya tərəfdaşı olan “New Zealand First” partiyası qanun layihəsini dəstəkləməyəcəyini açıqlayıb.

Partiyanın lideri və ölkənin naziri Uinston Piters sosial media hesabında uşaqların internetdəki davranışlarına nəzarətin dövlətin deyil, valideynlərin məsuliyyəti olduğunu bildirib.

Piters belə qadağaların ölkəni təhlükəli istiqamətə apara biləcəyini və oxşar qanunların tətbiq olunduğu ölkələrdə gözlənilən nəticəni vermədiyini iddia edib.

Lakson isə qanunun mükəmməl nəticə verəcəyini gözləmədiyini, lakin bu istiqamətdə addım atmağın vacib olduğunu bildirib. O, bəzi yeniyetmələrin qadağalardan yan keçməyə çalışacağını da etiraf edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə