Əsas məzmuna keç

Britaniya səfiri: İranın Naxçıvana hücumu qəbuledilməzdir

Britaniya səfiri: İranın Naxçıvana hücumu qəbuledilməzdir

Fergus Auld Tehranın iki dronla hava limanı və Şəkərabada endirdiyi zərbələri pislədi. 4 nəfərin yaralandığı hadisənin detalları və Londonun sərt reaksiyası.

en ru

“Bu gün İranın iki dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.”

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu bəyanatı Böyük Britaniyanın Azərbaycandakı səfiri rəsmi "X" hesabında yayımlayıb.

"Böyük Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir", - deyə səfir vurğulayıb.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib.

Hücum zamanı dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…