“Barselona” PSJ-yə 2:4, “Real Madrid”ə isə 1:2 hesabı ilə uduzduqdan sonra müdafiə xəttini gücləndirmək qərarına gəlib. Kataloniya klubu qış transfer pəncərəsində təcrübəli müdafiəçi almaq niyyətindədir. Mundo Deportivo-nun məlumatını MD yayıb.
Məlumata görə, “Barselona” “Mançester Siti”nin futbolçusu Yoşko Qvardiolla maraqlanır. Onun transferi üçün yeganə real variant İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozduğuna görə “Mançester Siti”nin cəzalandırılmasıdır.
Kataloniya klubunun diqqətində “İnter”dən Alessandro Bastoni də var. Bununla belə, Milan təmsilçisinin qışda futbolçunun satışı ilə bağlı danışıqlara başlaması az ehtimallı sayılır.
Ən perspektivli namizəd “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinesdir. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatır. Argentinalı futbolçu daha əvvəl klubun transfer siyasətini açıq şəkildə tənqid edib.
“Barselona” “Betis”in müdafiəçisi Natanı da izləyir. İspaniya klubu futbolçunu 30 milyon avro və bonuslar qarşılığında sata bilər.