“İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni yenidən “Barselona”nın maraq dairəsinə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu növbəti mövsüm üçün müdafiə xəttini gücləndirmək variantlarını nəzərdən keçirir.
“Barselona” italiyalı futbolçu ilə maraqlanan Avropanın aparıcı klubları arasında yer alır.
“Barselona”nın Bastoni planı
27 yaşlı müdafiəçiyə daha əvvəl İngiltərə Premyer Liqası təmsilçilərinin də maraq göstərdiyi bildirilmişdi. Yaz aylarında “Barselona”nın Bastoninin transferi uğrunda mübarizədə favorit olduğu qeyd edilsə də, danışıqlar konkret nəticə ilə yekunlaşmayıb.
“Transfermarkt” portalı “İnter”in futbolçusunun bazar dəyərini 65 milyon avro qiymətləndirir.