"Barselona" İtaliyanın "İnter" komandasının müdafiə xəttinin lideri Alessandro Bastoni ilə ilkin razılıq əldə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu transfer məbləğinin aşağı salınması üçün öz klubuna kömək etməyə hazırdır.
26 yaşlı müdafiəçinin transfer dəyəri "Transfermarkt" portalı tərəfindən ən azı 50 milyon avro olaraq qiymətləndirilir.
Lakin "Barselona" rəhbərliyinin bu məbləği necə ödəyəcəyi hələlik sual altındadır.
Qeyd edək ki, klub hazırda Markus Reşfordun da müqaviləsini almaq iqtidarında deyil.
Bastoni ilə maraqlanan digər klublar arasında İngiltərənin "Liverpul" komandası da var. Buna baxmayaraq, oyunçunun əsas hədəfi məhz Kataloniya təmsilçisinə keçməkdir.