Milanın "İnter" klubunun idman direktoru Pyero Auzilio mərkəz müdafiəçisi Alessandro Bastoninin gələcəyi ilə bağlı sualları cavablandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbərinə görə, bir müddətdir ki, 27 yaşlı futbolçunun adı İspaniyanın "Barselona" komandası ilə hallanır və onun bu keçidə razılıq verdiyi iddia edilirdi.
Klub rəsmisi bu iddiaları qəti şəkildə təkzib edib. O, Bastoninin transferi ilə bağlı heç bir zəng almadıqlarını və danışıqlara başlamaq niyyətində olmadıqlarını vurğulayıb:
"Bastoni həm "İnter", həm də İtaliya üçün böyük dəyərə malikdir. O, inanılmaz dərəcədə güclü oyunçudur və biz onu komandada saxlamaq istəyirik".
Xatırladaq ki, bazar günü Milan təmsilçisi 35-ci tur çərçivəsində "Parma" üzərində 2:0 hesabı ilə qələbə qazanaraq "Serie A" çempionluğunu rəsmiləşdirib.