“Barselona” “İnter”in 27 yaşlı müdafiəçisi Alessandro Bastoninin transferi üzərində işi bərpa edib. Sky Sport jurnalisti Saşa Tavolyerinin məlumatına görə, Kataloniya klubu italiyalı futbolçunun nümayəndələri ilə əlaqə saxlayır və onu müdafiə xəttini gücləndirmək üçün prioritet namizəd sayır.
“Barselona” ötən yay Bastoni ilə 2031-ci ilədək müqavilə barədə razılığa gəlmişdi. Lakin baş məşqçi Hans-Diter Flikin qərarından sonra transfer baş tutmamışdı.
Bastoni keçidə maraq göstərir, amma danışıqlar bərpa olunmazdan əvvəl Fliklə şəxsən görüşmək və komandadakı rolu ilə bağlı təminat almaq istəyir.
“İnter” müdafiəçinin satışından təxminən 70 milyon avro əldə etməyi planlaşdırır. Milan klubu Bastoniyə qüvvədə olan müqaviləni uzatmağı da təklif edib, lakin futbolçunun nümayəndələri şərtlərlə razılaşmayıblar.