Televiziya aparıcısı Pirs Morqan Kriştiano Ronaldunun Erik ten Haqın tənqidinə münasibətini açıqlayıb. “Mançester Yunayted”in sabiq baş məşqçisi daha əvvəl forvardın son 7-8 ildə yüksək səviyyədə çıxış edə bilmədiyini bildirmişdi.
Morqan “Football Uncensored”un “YouTube” kanalında yayımlanan videoda Ronaldunun “Real Madrid”dən ayrıldıqdan sonra 330-dan çox qol vurduğunu deyib. O, portuqaliyalı futbolçunun “Yuventus”da uğurlu çıxış etdiyini və klubla bir neçə çempionluq qazandığını da qeyd edib.
Morqanın sözlərinə görə, ten Haqın fikirləri qısqanclıqla deyilmiş iradlar olub, çünki Ronaldu da onu tənqid edib. Aparıcı futbolçudan bu barədə nə düşündüyünü soruşduğunu bildirib.
“Onun dediyi yeganə söz bu oldu: «Ten Haq müzakirə olunmağa dəyməz»”, – Morqan söyləyib.