Əsas məzmuna keç

"Barselona" Bastoniyə alternativ tapdı: Siyahıda "Tottenhem"in ulduzu var

"Barselona" Bastoniyə alternativ tapdı: Siyahıda "Tottenhem"in ulduzu var

Kataloniya təmsilçisi mərkəz müdafiəçisi axtarışlarını davam etdirir və İtaliya klubunun oyunçusuna alternativ olaraq İngiltərədən yeni namizəd müəyyənləşdirib.

ru en

"" klubu müdafiə xəttini gücləndirmək üçün yeni mərkəz müdafiəçisi axtarışındadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi Milanın "İnter" klubunda çıxış edən Alessandro Bastonidir.

Lakin oyunçunun yüksək qiyməti bu keçidi xeyli çətinləşdirir.

İspaniya mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi italiyalı müdafiəçi ilə danışıqların uğursuz olacağı təqdirdə ehtiyat variant hazırlayıb.

Bu məqsədlə İngiltərənin "" klubunun kapitanı namizəd kimi nəzərdən keçirilir.

Argentinalı futbolçu daha əvvəl İspaniya çempionatında oynamaq istəyini dəfələrlə dilə gətirib.

Bundan əlavə, əgər London təmsilçisi Premyer Liqanı tərk edərsə, 28 yaşlı oyunçunun transfer qiymətində ciddi endirim ola bilər.

Hazırda "Transfermarkt" portalı Romeronun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…