Əsas məzmuna keç

"Liverpul" "İnter"in ulduz müdafiəçisini heyətinə qatmaq istəyir

"Liverpul" "İnter"in ulduz müdafiəçisini heyətinə qatmaq istəyir

İngiltərə təmsilçisi müdafiə xəttini gücləndirmək üçün İtaliya millisinin üzvünü hədəfə alıb.

ru en

İngiltərənin "" yay pəncərəsi zamanı heyətini gücləndirmək üçün hərəkətə keçib. Mersisayd təmsilçisinin əsas hədəflərindən biri xəttini daha da möhkəmləndirməkdir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu İtaliya millisinin və Milanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastonini transfer etməkdə maraqlıdır.

Potensial keçidin "Liverpul"a təxminən 70 milyon avroya başa gələcəyi ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildən bəri "İnter"in şərəfini qoruyan Bastoninin klubla hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

İtaliyalı müdafiəçi ötən mövsüm A Seriyasında 28 matçda meydana çıxıb. O, bu oyunlarda bir qol vurmaqla yanaşı, dörd məhsuldar ötürmə ilə yadda qalıb və altı dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…