Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun layihəsinin hazırlanması ilə əlaqədar bir sıra Məcəllələr və qanunlar yeni sənədə uyğun olacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə qanun layihəsinin müzakirə edildiyi Milli Məclisin İqtisasi siyasət, sənaye və sahbikarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
Söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında" , "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlardan gedir.
Belə ki,
- maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlərin "Maliyyə icarəsi haqqında" qanunla tənzimlənməsi barədə Mülki Məcəllədə müvafiq dəyişikliyin edilməsi, həmçinin "Lizinq" münasibətlərini tənzimləyən 39-ci fəslin ləğvi, terminlərin yeni qanuna uyğunlaşdırılması;
- borclu icarəçi və ya icarəyə verənin öhdəlikləri üzrə tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsinin xüsusiyyətlərinin "Müflisləşmə və iflas haqqında" qanunla ayrıca maddədə tənzimlənməsi;
- müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, maliyyə icarəsi müqaviləsinə icarəyə verənin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququnun tətbiq edilməsinə dair "Beynəlxalq xüsusi hüquq haqqında" qanuna dəyişikliyin edilməsi;
- maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi tələbinin müəyyənləşdirilməsi barədə "Kredit büroları haqqında" qanuna dəyişikliyin edilməsi;
- "Maliyyə icarəsi haqqında" qanundan irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların sorğu əsasında Azərbaycan Mərkəzi Bankına verilməsi istiqamətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişikliyin edilməsi;
- hüquqi şəxslərin Mərkəzi Bank tərəfindən maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi ilə bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin edilməsi;
- maliyyə bazarlarında lisenziya və icazə sistemini müəyyən edən maliyyə bazarları sahəsində qəbul edilən qanunların dairəsinə "Maliyyə icarəsi haqqında" qanunun əlavə edilməsi barədə "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişikliyin edilməsi;
- Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, "Taxıl haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda "Maliyyə icarəsi haqqında" qanun layihəsinə uyğunlaşma xarakterli texniki dəyişikliklərin edilməsi nəzərdə tutulur.